Trenajor zalları

XIX əsrdən etibarən həyatımızda olan idman kompeksləri, sağlam və gümrah olmağımızı təmin edən ən mühüm faktordur. Daha professional şəraitdə idman etmək istəyən zaman, trenajor zallarına üz tuturuq. Pandemiya şəraiti dövründə müəyyən vaxt çərçivəsində bağlı olan bu məkanlar, sərtləşdirmələr aradan qalxdıqca, insanların ilk üz tutduğu məkanlardan biri olmuşdur. Lakin, trenajor zallarına gedərkən, diqqət yetirməli olduğumuz bir məqam var ki, o da avadanlıqlardan professional və düzgün qaydada istifadə etməkdir. Trenejor zallarının, strukturu və quruluşu rahat hərəkəti təmin etməli və heç bir maneə törətməməlidir. Döşəmələrindən tutmuş, idman avadanlıqlarına qədər hər bir elementin keyfiyyət və təhlükəsizliyi, vəhdət təşkil etməlidir. Trenajor zallarındakı avandanlıqlar dəmirdən, döşəmələr isə hərəkətin rahatlığını təmin etmək məqsədilə, tökmə rezindən tərtib olunur.

Tərəfdaşlar