Uşaq meydançaları, uşaqların ən çox əyləndiyi məkanlardan biri olmaqla yanaşı, parlaq və rəngarəng dizaynı ilə parklarda gözoxşayan görüntü yaradır. Adətən, sürüşkən, yelləncək, labirint, gimnastik alətlər və s.dən ibarət olan bu meydançalar, azyaşlıların fiziki və zehni inkişafına da yardımçı olur. Azyaşlıların inkişafına, ictimailəşməsinə və sağlamlığına xitab edən bu uşaq meydançaları, həm də onların təhlükəsizliklərini də təmin etməlidir. Bu səbəbdən də, uşaq meydançalarındakı bütün avadanlıqlar, keyfiyyətli və təhlükəsiz olmalıdır. Uşaq meydançaları, açıq məkanlarda, xalqa açıq kompleks olmaqla yanaşı, qapalı məkanlarda şəxsi mülkiyyət kimi də tərtib edilə bilər.