Futbol Meydançaları

Günümüzdə idman oyunları dedikdə, ilk ağıla gələn idman növü futboldur. Bu idman növünün nə zaman yarandığı haqqda dəqiq bir məlumat olmasa da, tarixi təqribi XVI əsrə təsadüf edir.

Hər biri 11 oyunçudan ibarət olmaqla, komanda şəklində top və yalnız ayaqla oynanan bu idman növü, dünyanın 200-dən çox ölkəsində milyonlarla insan tərəfindən oynanılır.

Futbol meydançaları uzunluğu 90-110 m, eni isə 60-75 m olub, düzbucaqlı formasındadır. Dünyanın ən böyük futbol meydançası, Braziliyanın Rio-de-Janeyro şəhərindəki Marakana stadiyonudur.

Futbol meydançaları, açıq və qapalı məkanlarda həm təbii, həm də süni örtüklərlə əhatələnə bilər. Futbol meydançaları təbii ot örtüyü ilə əhatələndiyi zaman, qaydasında suvarılmalı və gübrələnməlidir. Ot örtüyü, meydançada çox oyun oynanmasını təmin edə bilmir.

Ot örtüyünü əvəz edəcək ən istifadəyə yararlı örtük, sintetik örtükdür. Təmizlənməsinin asan olmasıyla yanaşı, meydançada çox sayda oyunların oynanılmasını təşkil edir.

Tərəfdaşlar